Son 12 ildə ilk dəfə Pakistan XİN rəhbərinin Hindistana səfəri baş tutub

Son 12 ildə ilk dəfə Pakistan XİN rəhbərinin Hindistana səfəri baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Hindustan Times” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirak etmək üçün bu gün Qoaya səfər edib.

Bunun XİN başçısı səviyyəsində Pakistandan Hindistana ilk səfər olduğu qeyd olunub.

Zardari bu iclasda iştirak etməklə, ŞƏT-in ölkəsi üçün əhəmiyyətinə dair mesaj vermək niyyətində olduğunu bildirib:

“Mən təşkilata üzv olan ölkələrlə ikitərəfli əməkdaşlıq imkanlarını səbirsizliklə gözləyirəm”, – diplomat vurğulayıb.

Eyni zamanda qeyd olunub ki, səfər çərçivəsində Hindistan və Pakistan XİN başçıları arasında ikitərəfli danışıqların planlaşdırılması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Hindistan və Pakistan arasındakı münasibətlər Kəşmir vilayəti ilə bağlı vəziyyətə görə gərgindir. Hindistan və Pakistan arasında yerləşən Kəşmir vilayəti müsəlmanların çoxluq təşkil etdiyi ərazidir.

Hər iki ölkə 1947-ci ildə müstəqillik qazandıqdan sonra bu ərazidə baş verən münaqişələr ölkələrarası münasibətlərin gərginləşməsinə başlıca səbəb olaraq qalır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir