Şoltz: Ukraynaya sülhməramlı göndərməkdən danışmaq hələ çox tezdir

Ukraynaya sülhməramlı qoşunların göndərilməsini müzakirə etmək hələ tezdir.

 

Azinformasiya.az  AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şoltz bildirib.

“Berlinin hərbi əməliyyatları dayandırmaq üçün alman hərbçilərini göndərməyə hazır olub-olmaması indiki vaxtda müzakirə etməli olduğumuz bir məsələ deyil.

Biz hələ atəşkəsdən çox uzağıq və beynəlxalq qoşunların, BMT qoşunlarının və ya başqa hansısa qüvvələrin orada rol oynayıb-oynamayacağı barədə heç bir məlumatımız yoxdur”, – Şoltz vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir