Şoltz: Ukraynadakı müharibə ilə bağlı bütün diplomatik imkanlardan istifadə üçün çox səy göstərirəm

“Biz hər zaman Ukraynadakı müharibənin Rusiya ilə NATO arasında dəhşətli nəticələrə səbəb ola biləcək müharibəyə çevrilməməsinə diqqət edirik”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Almaniya Kansleri Olaf Şoltz deyib.

O, Rusiyanın güc yolu ilə Ukraynanın bir hissəsini və ya hamısını öz ərazisinə birləşdirmək istədiyini, ancaq bunun mümkün olmadığını qeyd edib. Kansler elə bu səbəbdən Almaniyanın Ukraynanı dəstəkləməli olduğunu vurğulayıb: “Mən bütün diplomatik imkanlardan istifadə etmək üçün çox səy göstərirəm. Rusiya Prezidenti ilə də danışmışam”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir