Almaniya Kansleri Olaf Şoltsun Berlində Çinin Baş naziri Li Qianqla görüşü baş tutub.
Azinformasiya.az xəbər verir ki, Çin Baş nazirinin şərəfinə fəxri qarovul düzülüb.
Li Qiang artıq bir gün öncə Almaniya Kansleri ilə iş yeməyi formatında görüşmüşdü. Oradakı müzakirələrin nəticələri barədə mətbuata məlumat verilməyib.
Lakin bildirilir ki, bugünkü görüşün gündəmində ticarət, iqlim dəyişikliyi və Ukraynadakı müharibə olub.
Qeyd edək ki, Berlində artıq yeddinci dəfə Almaniya və Çin yüksək səviyyəli hökumət məsləhətləşmələri keçirir.
Azinformasiya.az