Soçidə üçtərəfli görüşlə bağlı Ermənistan XİN-dən – Açıqlama

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın noyabrın 26-da Soçidə mümkün görüşü ilə bağlı KİV-də yayılan məlumatı şərh edib.

Azinformasiya.Az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyanın sözlərinə görə, hazırda noyabrın 26-da görüşün Soçidə keçiriləcəyi ilə bağlı məlumat yoxdur:

“Əvvəlcədən dediyimiz kimi, müxtəlif formatda müxtəlif görüşlərin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur. Görüşün keçirilmə vaxtı və formatı barədə razılıq əldə edildikdə, ağlabatan müddət ərzində bu barədə qabaqcadan məlumat verəcəyik”, – Hunanyan deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir