Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan “SOCAR Georgia”nın törəmə şirkəti “SOCAR Georgia Gas”ın baş direktoru Azər Məmmədov vəzifəsindən azad edilib.
“Report”un şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəyə Mariam Valişvili təyin edilib.
M.Valişvili bu təyinata qədər SOCAR-ın Gürcüstan nümayəndəliyinin müşaviri olub.
Hazırda A. Məmmədov “SOCAR Georgia”nın müşaviri vəzifəsini icra edir.