“Təəssüf ki, qadınlar arasında da xurafat və radikalizm meyillərinə rast gəlinir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyib.
O qeyd edib ki, bu kimi halların qarşısını almaq üçün Dövlət Komitəsi lazımi bütün addımları atır: “Bu gün qadınların dini radikalizmə qoşulması ilə bağlı faktlar yoxdur. Bu sahədə maarifləndirici tədbirlər təşkil etməklə belə halların qarşısını almaq mümkündür”.