Sloveniya prezidenti: “Ukrayna döyüşü dayandırsa sonu gələcək”

Ukraynada müharibə davam edir və əgər Ukrayna dövləti Rusiyaya qarşı mübarizəni dayandırsa, o zaman bu onların sonu olacaq, bu, həm də dünyada qanunun aliliyinə də zərbə vuracaq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Sloveniya prezidenti Nataşa Pirts-Musar Ukraynadakı müharibə ilə bağlı Qlobal Sülh Sammitində deyib.

“Rusiya döyüşü dayandırsa, o zaman müharibə dayanacaq. Yalnız Ukrayna döyüşü dayandırsa, o zaman Ukraynanın sonu gələcək, lakin bu, həm də qanunun aliliyinin sonu olacaq”.

Onun sözlərinə əsasən, sammitdə çoxlu sayda ölkə liderlərinin iştirakı onu göstərir ki, beynəlxalq ictimaiyyət Ukraynada baş verən bütün qlobal hüquq normalarının “dəhşətli pozulmasına” son qoymağın tərəfdarıdır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir