Slovakiyanın şərqində, Rojnava şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb, iki nəfərin vəziyyəti kritikdir.
Azinformasiya.az xəbər verir ki, bu barədə TASR agentliyi məlumat verib.
Region polisinin məlumatına əsasən, hadisə yerinə təcili yardım maşınları və xilasedici helikopter göndərilib.
Daxili işlər naziri Matus Sutaj Estok mətbuat konfransında bildirib ki, qəzaya maşinistlərdən birinin digərinə yol verməməsi səbəb olub.
Nazir həmçinin qeyd edib ki, hələ də üç nəfər qatarların arasında sıxışıb qalıb və onların vəziyyəti barədə məlumat yoxdur.
Azinformasiya.az