Slovakiya şirkətləri işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməkdə maraqlıdır

Slovakiya Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəkləyir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kollar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.

Boris Kollar işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini qeyd edib, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Minatəmizləmə sahəsində Azərbaycanın Slovakiya şirkətləri ilə səmərəli əməkdaşlığına toxunan qonaq ölkəsində istehsal olunan minatəmizləmə maşınlarının humanitar minatəmizləmə fəaliyyəti üçün ərazidə səmərəli şəkildə tətbiq olunmasını xüsusi vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir