Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Slovakiya Prezidenti Zuzana Çaputova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Azinformasiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təhlükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac yaradır.
Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edəcəkdir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir