Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 10 min üzvünün olmasına dair tələb azaldılır.
Azinformasiya.Az-ın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Layihəyə əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün azı 5000 üzvü olmalıdır.
Layihənin ilkin versiyasında bu tələb 10 min idi.