Rusiya və ABŞ arasında sammit Budapeştdə yalnız Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma əldə olunacağı təqdirdə baş tutacaq.
Azinformasiya.az xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Kossuth radiostansiyasına verdiyi müsahibədə səsləndirib.
Nazirin sözlərinə əsasən, ABŞ Prezidenti Donald Tramp sülh təşəbbüslərini davam etdirmək niyyətindədir.
“Əgər hər hansı razılaşma əldə olunarsa və bu, artıq üç il yarımdır qonşuluğumuzda davam edən müharibənin başa çatmasına gətirib çıxararsa, sammit keçiriləcək,” – deyə Siyarto vurğulayıb.
Azinformasiya.az