Siyarto: Aİ Ukrayna üzrə sülh səylərinə zərbə vurur

Avropa İttifaqı Ukraynadakı münaqişənin nizamlanması üzrə beynəlxalq səylərə silah tədarükü və maliyyə dəstəyi ilə zərbə vurur.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə çinli həmkarı Van İ ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Təəssüf ki, avropalılar sülhün bərqərar olunması istiqamətində səyləri daim pozurlar”, – deyə Siyarto qeyd edib.

Onun sözlərinə əsasən, buna Kiyev və Brüssel tərəfindən silah və maliyyə vəsaitlərinin Ukraynaya göndərilməsi, həmçinin ölkənin Aİ-yə sürətlə qəbulunu hədəfləyən koalisiyanın formalaşdırılması dəlalət edir.

“Milli maraqların qorunmasına yönəlmiş suveren Macarıstan hökuməti buna etiraz edir. Macarlar sülhün tərəfdarıdır. Müharibənin davamı və Ukraynanın Aİ-yə üzvlüyü tam şəkildə maraqlarımıza ziddir”, – deyə XİN başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir