Siyəzəndə yol qəzası olub, bacı-qardaş ölüb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, Fərid Mirzəyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil yük avtomobilinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan sərnişinlər – 20 yaşlı Səma Mirzəyeva və onun 24 yaşlı qardaşı Ramal Mirzəyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir