Siyəzəndə fəhlələri daşıyan avtobus aşdı – Yaralılar var + Yenilənib

Siyəzəndə hərəkətdə olan mikroavtobus aşıb.

Azinformasiya.Az xəbər verir ki, hadisə rayonun Zarat kəndində qeydə alınıb. Qəza zamanı ölən olmasa da, 10 nəfər xəsarət alıb. Onların hamısı Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

Yaralanan şəxslərin hamısının fəhlə olduğu bildirilir.

***

11:26

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.

Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir