Sisi: Qəzzada iki illik müharibədən sonra atəşkəs razılaşması əldə olunub

Qəzzada iki illik müharibədən sonra atəşkəs və müharibənin dayandırılması üçün razılıq əldə olunub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi X-də yazıb.

Sisi ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq, atəşkəsin həyata keçirilməsi və Qəzzada 2 illik iztirabdan sonra müharibənin dayandırılması üçün əldə edilən razılaşmanın əldə edildiyini bildirib.

“Dünya sülh iradəsinin müharibə məntiqi üzərində qələbəsini təcəssüm etdirən tarixi bir məqamın şahidi olur”, – o vurğulayıb.

Qeyd edək ki, ötən gecə HAMAS-la İsrail arasında atəşkəs əldə olunub.

Atəşkəs razılaşmasına görə, İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir