Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində baş verib. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.
Azinformasiya.az