Sinqapurda ilk dəfə 20 ildən sonra qadın edam edilib

Sinqapur hakimiyyəti 20 ildən sonra ilk dəfə narkotik daşımaqda təqsirli bilinən qadın əleyhinə ölüm hökmü çıxarıb.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, 45 yaşlı Sinqapur vətəndaşı edam olunub.

O, 2018-ci ildə 30 qram heroin daşıdığına görə həbs edilib.

Agentliyin məlumatına əsasən, bu, 2004-cü ildən bəri ölkədə qadına qarşı çıxarılan ilk ölüm hökmüdür.

Bundan öncə isə Çində uşaqları zəhərləyən uşaq bağçasının müəllimi edam olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir