Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub Qazaxıstana rəsmi səfərə gedib.
Azinformasiya.az Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sinqapur rəhbərinin rəsmi qarşılanma mərasimi baş tutub.
Hazırda Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev və Həlimə Yaqub arasında görüş keçirilir.
Görüşdə ölkələrarası münasibətlər və regional məsələlərin müzakirə olunacağı ehtimal olunur.
Azinformasiya.az