Sinan Oğan Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı siyasətini hər zaman dəstəklədiyini açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə, o, “CNN Türk”ə müsahibəsində bildirib.
O, Ərdoğanın bununla bağlı mövqeyinin doğru olduğunu qeyd edib.
Bundan başqa, Sinan Oğan, Azərbaycan Prezidenti İlham Əliyevin ona zəng etməsi ilə bağlı iddiaların yalan olduğunu da qeyd edib: “Türkiyə, Azərbaycanın, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz”.
Siyasətçi, eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanı ikinci turda dəstəkləməsi əvəzində heç bir vəzifə tələbinin olmadığını da diqqətə çatdırıb.
Azinformasiya.az