Simonyan: Ermənistan hərbi xərclər baxımından Azərbaycanla rəqabət apara bilməz

Ermənistanın müdafiə xərclərinin azalması Azərbaycan amili ilə bağlı deyil.

 

Azinformasiya.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Məlumatda qeyd edilib ki, Simonyan inanır ki, obyektiv səbəblərdən Ermənistan hərbi xərclər baxımından Azərbaycan və NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə ilə rəqabət apara bilməz.

“Burada əsas məsələ vəsaitlərin səmərəli istifadə olunmasıdır”- spiker vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir