Şimali Osetiya Ukrayna PUA-larının hücumuna məruz qalıb, yaralılar var

Ötən gecə Şimali Osetiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo məlumat verib.

Beslan şəhərində vurulan dronlardan birinin qalıqları beşmərtəbəli yaşayış binasının damına düşüb. Nəticədə ikisi uşaq olmaqla, üç nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib, onların həyatı üçün təhlükə yoxdur. Binadan 70 nəfər təxliyə edilib, tikilinin damına və pəncərələrinə ziyan dəyib.

PUA hücumu ilə əlaqədar səhər saat 05:30 radələrindən Vladikavkaz, o cümlədən Qroznı və Maqas hava limanlarında təyyarələrin qəbulu və göndərilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Artıq hava limanlarında məhdudiyyət aradan qaldırılıb.

Rusiya Müdafiə Nazirliyi Şimali Osetiya üzərində 7 PUA-nın vurulduğunu açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir