Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova arasında telefon danışığı olub.
Azinformasiya.az vedomosti-yə istinadən xəbər verir ki, Prezident Vuçiç, Koçani şəhərindəki “Pulse” gecə klubunda baş verən faciəvi yanğınla əlaqədar başsağlığı verib və Serbiya xalqının Şimali Makedoniya ilə həmrəy olduğunu bildirib.
Prezident Vuçiç, Serbiya adından faciə qurbanlarına yardım məqsədilə aşağıdakıları təklif edib:
Helikopterlər, tibbi nəqliyyat vasitələri və tibbi qrupların göndərilməsi
Bundan başqa, Prezident Vuçiç, faciə ilə əlaqədar martın 18-nin Serbiyada matəm günü elan ediləcəyini bildirib
Şimali Makedoniyanın səhiyyə naziri Arben Taravari, yanğında yaralanan 148 nəfərin ölkə xəstəxanalarına yerləşdirildiyini açıqlayıb. Onlardan 18-nin vəziyyəti kritikdir və bəzi yaralılar qonşu ölkələrə, habelə Bolqarıstan, Serbiya və Yunanıstana təxliyə edilib.
Azinformasiya.az