Şimali Makedoniyanın Koçani şəhərində yerləşən gecə klubunda baş verən yanğın nəticəsində ən azı 50 nəfər həyatını itirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ölkənin MİA dövlət agentliyi Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Yanğın, paytaxt Skopyenin təxminən 100 kilometr şərqində yerləşən Koçani şəhərindəki gecə klubunda, şənbə gününü bazar gününə bağlayan gecə saatlarında baş verib.
Hadisə zamanı klubda təxminən 1500 nəfərin iştirak etdiyi bir konsert keçirilirdi.
Yanğının səbəbi hələlik məlum deyil. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.
Azinformasiya.az