Ölkəmiz istənilən vaxt ABŞ və müttəfiqlərinə qarşı istifadə etmək məqsədilə nüvə arsenalını hazır vəziyyətə gətirəcək.
Azinformasiya.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.
Şimali Koreya liderinin sözlərinə əsasən, bu qərar həm dövlətin, həm də vətəndaşların təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır. O eyni zamanda rəsmi Vaşinqton, həm də onun tərəfdaşlarını nüvə potensialını artırmaqda ittiham edib.
Kim Çen In ABŞ və onun müttəfiqi olan dövlətlərlə mübarizə üçün güclü hərbi potensialın formalaşdırılmasını vacib hesab edib.
Azinformasiya.az