Şimali Kipr prezidenti Prezident İlham Əliyevə təşəkkür edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar onu bu ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsində iştirak etməyə dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə, o, Ankarada ŞKTR-nin qurucusu və Prezidenti Rauf Denktaşın anım mərasimində çıxışı zamanı bildirib.

Ersin Tatar, həmçinin Türk dünyasının bir olmasının vacibliyini də vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir