Xarici işlər naziri Andrey Sibiqa Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfər etməsinə qadağa qoyulmasına çağırış edib.
Azinformasiya.az xəbər verir ki, Ukrayna XİN başçısı bu barədə “X” hesabında bildirib.
Onun sözlərinə əsasən, “Ukraynaya qarşı təcavüzdə iştirak etmiş Rusiya vətəndaşlarının Aİ ölkələrinə daxil olmasına tam qadağa qoyulmalıdır”.
“Ukraynanı işğal etmək üçün müqavilə imzalayan hər bir rus bilməlidir ki, o, həm də özünün Aİ-yə girişinə ömürlük qadağaya imza atır”, – Sibiqa qeyd edib.
Ukrayna XİN başçısı Estoniyanın bu sahədə addımlar atdığını və bu mexanizmin nəticə verdiyini vurğulayıb.
“Mən Aİ-dən olan həmkarlarımı ciddi addımlar atmağa çağırıram. Bu, Avropanın təhlükəsizliyini gücləndirmək üçündür”.
Azinformasiya.az