Biz Yaxın Şərq və Avropa ölkələrinə qarşı etdiyi hücumlardan sonra İranın Azərbaycanı hədəf almasını pisləyirik.
Azinformasiya.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında bildirib.
“İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi regional deyil, qlobal bir təhdiddir”, – nazir qeyd edib.
Sibiqa İran rejiminin yaratdığı təhdidləri neytrallaşdırmaq, İran xalqı üçün normal həyat şansı vermək, Yaxın Şərqdə və daha geniş ərazilərdə təhlükəsizlik və sabitliyi bərpa etmək üçün bütün beynəlxalq səylərin birləşdirilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Azinformasiya.az