Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyini vurğulayıb

“Ukraynada müharibənin arealının genişlənməsinə, habelə humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bunu Çin sədri Si Cinpin BRİKS ölkələrinin Kazan sammitində bildirib.

Çin prezidenti qeyd edib ki, maraqlı tərəflər regionda de-eskalasiya üçün səyləri artırmalıdır.

O, həmçinin mümkün müharibələrin qarşısını almaq üçün ümumi təhlükəsizlik konsepsiyasının vacibliyini vurğulayıb. Si Cinpinin sözlərinə əsasən, Afrika, Latın Amerikası, Karib hövzəsi və bir sıra Asiya dövlətlərinin dünya siyasətinə təsirinin artırılması üçün tədbirlər görülməlidir.

Qeyd edək ki, bir qədər əvvəl BRİKS-ə üzv dövlətlərin Ukrayna məsələsinə dair bəyanat qəbul edəcəyi açıqlanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir