Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində ABŞ-ın veteran diplomatı, sabiq dövlət katibi Henri Kissincerlə görüşüb.
Azinformasiya.az CCTV-yə istinadən xəbər verir ki, tərəflər arasında görüş Diaoyutai mehmanxanasında baş tutub.
Danışıqlarla bağlı əlavə təfərrüatlar barədə açıqlama verilməyib. 100 yaşlı Kissincer son bir neçə gündə Pekində səfərdədir, o, Çinin ali diplomatı Vanq Yi və Çinin müdafiə naziri Li Şanqfu ilə də görüşüb.
Qeyd edək ki, Henri Kissincer ABŞ dövlət katibi və prezidentlər Riçard Nikson və Cerald Fordun administrasiyalarında milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. 1970-ci illərdə Vaşinqton və Pekin arasında münasibətlərin normallaşdırılmasında əsas diplomatik rol oynayıb.
Azinformasiya.az