Si Cinpin Çin və ABŞ xalqları arasında dostluğun davam edəcəyinə ümid edir

Çin sədri Si Cinpin Çin və ABŞ xalqları arasında dostluğun davam edəcəyinə ümid bəslədiyini bildirib.

 

Azinformasiya.az “China Central Television” (CCTV) istinadən xəbər verir ki, bu barədə o, “Microsoft” proqram təminatı şirkətinin qurucusu Bill Qeytslə görüşü zamanı qeyd edib.

Cinpin vurğulayıb ki, dost münasibətlərinin davam etdirilməsi üçün Amerika xalqına ümid bəsləyir.

Çin rəhbərinin sözlərinə əsasən, 1,4 milyard əhalisi olan Çində davamlı stabilliyin və inkişafın qorunması bütün dünyada sülhün, sabitliyin və rifahın təmin olunmasına önəmli töhfədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir