Si Cinpin: ABŞ-la müəyyən spesifik məsələlərdə irəliləyiş əldə edilib

“Dövlətlərarası münasibətlər hər zaman qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə söyləyib.

O bildirib ki, ABŞ dövlət katibi Çinin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, tərəflər arasında səmimi və dərin müzakirələr olub.

“Tərəflər bizim Prezident Co Baydenlə Balidə razılığa gəldiyimiz yöndə ortaq yanaşmanı davam etdirməklə bağlı razılaşıblar. Tərəflər müəyyən spesifik məsələlərdə irəliləyiş əldə ediblər. Dövlətlərarası münasibətlər hər zaman qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır. Ümid edirəm ki, bu səfərinizlə Çin-ABŞ münasibətlərinin sabitləşməsinə daha müsbət töhfələr verəcəksiniz”, Si Cinpin diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir