Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.
“Gələn həftə – iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gələcək. Gəlmək istədiyini özü dedi. Biz də buyurun gəlin dedik”, – o deyib.
Onun sözlərinə görə, Rusiyanın XİN başçısı ilə birgə hərbi heyət də gələcək: “Təhlükəsiz dəhlizin açılması, gəmilərin girib-çıxması üçün nələrin edilməsi lazımdır məsələləri müzakirə olunacaq”.