Sergey Lavrov: “Pentaqon Putini fiziki olaraq məhv etməklə hədələyib”

“Pentaqonun bəzi “adı açıqlanmayan rəsmiləri” Kremli “öldürücü zərbə” vuracaqları ilə hədələyiblər”.

Azinformasiya.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində deyib.

O bildirib ki, Pentaqondan (ABŞ Müdafiə Nazirliyi) “adı açıqlanmayan məmurlar”ın Kremli “öldürücü zərbə” endirməklə bağlı bəyanatları əslində Rusiya Prezidenti Vladimir Putini fiziki olaraq məhv edilməsi təhlükəsindən danışır.

S.Lavrov söyləyib ki, söhbət Rusiya dövlətinin başçısının fiziki məhv edilməsi təhlükəsindən gedir: “Kimsə, həqiqətən, bu barədə düşünürsə, o, belə planların mümkün nəticələri barədə də düşünməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir