Serbiya müxalifətin ittihamlarını rədd edir, Vuçiç proseslərə münasibət bildirib

Serbiya Daxili İşlər Nazirliyi, müxalifətin etirazçılara qarşı səs bombası istifadəsi ilə bağlı ittihamlarını rədd edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti əlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, 15 dəqiqəlik sükut zamanı səs bombası tətbiq edilməyib, çünki bu cür vasitələrin istifadəsi qanunvericiliyə uyğun deyil.

Serbiya Prezidenti Aleksandar Vuçiç, Belqradda baş verən iğtişaşlar nəticəsində 56 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan 44-ü təcili yardım mərkəzində, 11-i “Zvezdara” klinik xəstəxanasında, biri isə Zemunda müalicə olunur. Bundan başqa, iğtişaşlarda iştirak etdiklərinə görə 22 nəfər saxlanılıb.

8 mart tarixində Prezident Vuçiç, Serbiyada tələbə etirazlarının radikallaşdığını qeyd edib. O, bu vəziyyəti etirazlara dəstəyin azalması və onların əksər hallarda müxalif siyasi partiyalar tərəfindən təşkil edilməsi ilə əlaqələndirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir