Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi sabah keçiriləcək

Serbiya ilə Kosovo arasında danışıqların növbəti mərhələsi aprelin 4-də keçiriləcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç təsdiqləyib.

Serbiya lideri vurğulayıb ki, Brüsseldə baş tutacaq danışıqlar çətin keçəcək:
“Brüsseldə Belqrad və Priştina arasında texniki səviyyədə danışıqların yeni mərhələsi keçiriləcək. Bəli. Çətin olacaq. Kosovalıların həqiqətən də nəsə etməyi planlaşdırdığını düşünmürəm”.

Onun sözlərinə əsasən, əsas olan odur ki, onlar Kosovodakı albanlarla münasibətləri normallaşdıra biləcəklər, ya yox.

“Hazırda isə bu, real görünmür. Onlar hər gün yeni münaqişələr törədir, xalqımızı münaqişəyə təhrik edir və şimal istiqamətində saysız hücumlar həyata keçirir”, – Vuçiç bildirib.

Serbiya dövlət başçısı dialoqa sadiq qalacaqlarını vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir