“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azinformasiya.Az-a bildirilib ki, o, hədə qorxu ilə tələb etməkdə təqsirləndirilir.
Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.