“Bu gün baş tutacaq görüş çox vacibdir. Bildiyiniz kimi, bir neçə həftə əvvəl Brüsseldə hər iki liderlə – Azərbaycan və Ermənistan liderləri ilə bizim görüşümüz olmuşdu”.
Azinformasiya.az xəbər verir ki, bu barədə bu gün Kişinyovda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə bildirib.
“Biz Brüsseldə bəzi addımlar atmışdıq. Mən ümid edirəm ki, biz bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində daha çox inkişaf əldə etmək üçün siyasi iradəni təsdiqləyəcəyik”, – Şarl Mişel söyləyib.
Qeyd edək ki, “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə beştərəfli görüş keçiriləcək.
Azinformasiya.az