Şarl Mişel: Aİ-yə üzv 26 dövlət Ukraynaya maliyyə dəstəyinin verilməsinə razılaşıb

Ukraynaya maliyyə dəstəyini müzakirə etmək üçün gələn ilin əvvəlində Aİ ölkələrinin liderlərinin sammiti keçiriləcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel iki gündür ki davam edən sammitinin yekununa dair mətbuat konfransında bildirib.

“Mən əminəm və nikbinəm ki, biz Ukraynanı maliyyə imkanları ilə dəstəkləmək vədimizi yerinə yetirmək iqtidarında olacağıq”, – Mişel qeyd edib.

O, həmçinin qeyd edib ki, indiyə kimi 26 üzv dövlət Ukraynaya maliyyə dəstəyinin verilməsinə razılaşıb.

Xatırladaq ki, ötən gün Macarıstan Kiyevə 50 milyard avro yardım paketi verməklə bağlı razılaşmanın qarşısını alıb.

Rusiyanın müharibəsinin Aİ-ni transformasiyaya uğratdığını deyən Şarl Mişel Ukrayna və Moldova ilə üzvlük danışıqlarının açılması qərarının tarixi əhəmiyyətə malik olduğunu bildirib.

“Biz tam əminik ki, genişlənmə sülhə, təhlükəsizliyə və firavanlığa sərmayədir. Bu, bizim Avropa vətəndaşlarımıza, namizəd ölkələrin vətəndaşlarına və dünyanın qalan hissəsinə göndərdiyimiz çox güclü siyasi mesajdır”, Aİ Şurasının lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir