Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə müvəffəq olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyib

Avropa İttifaqı Şurasının Prezidenti Şarla Mişel Azərbaycan və Ermənistan liderlərini kompromis həll yolları axtarmağa və eskalasiya risklərinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Aİ Şurasının mətbuat xidmətinin Prezident Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə telefon danışığı ilə bağlı yaydığı məlumatda qeyd olunub.

“16-17 fevral 2023-cü il tarixlərində Münhendə liderlərlə keçirdiyi son görüşlərinin ardınca Prezident Mişel onlarla 14 dekabr 2021-ci ildə keçirilmiş ilk üçtərəfli görüşü ilə dördüncü görüşü (31 avqust 2022-ci il) arasında Brüssel prosesi çərçivəsində müzakirə olunan müxtəlif mövzuları müzakirə edib.

O, Aİ-nin tərəflərə uzun zamandır gözlənilən normallaşmaya və davamlı sülhə müvəffəq olmaqda kömək etmək üçün güclü öhdəliyini təsdiqləyib”.

Telefon danışıqları zamanı Laçın yolu ətrafındakı vəziyyətin müzakirə olunduğu və həmçinin Şarl Mişelin son itkilər və regionda gərginliyin kəskin çoxalması, habelə mənfi ritorika ilə bağlı narahatlığını ifadə etdiyi bildirilib.

“Hər iki telefon danışığında liderlər sıx əlaqələrin saxlanılması ilə bağlı razılığa gəliblər”, Aİ-nin məlumatında vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir