Sarayda qəbiristanlıqda fəhləni cərəyan vuraraq öldürüb

Abşeronda qəbiristanlıqda fəhlə işləyən 47 yaşlı kişini elektrik cərəyanı vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə ötən gün rayonun Saray qəsəbəsində qeydə alınıb.

Məlumata əsasən, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Mehdiyevi ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir