Samuxda ölümlə nəticələnən ağır yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan minik maşını arabanı vurub. Arabada olan Əsgərov Elmay xəstəxanaya aparılsa da müayinə zamanı onun öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki Samuxda baş verən qəzada hadisəni törədən Samux şəhər sakini 45 yaşlı Məhərrəm İsmayılov rayonunda fəaliyyət göstərən “Vətənpərvərlər” İctimai Birliyinin sədrdir.
Azinformasiya.az