Samuxda təmir sexi və avtomobil yanıb

Samux rayonunun Zazalı kəndində yanğın olub.

 

Azinformasiya.az  DİN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 36 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Volkswagen” markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və salonu qismən yanıb. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir