Samuxda evdən 60 yaşlı kişi meyiti tapılıb

Samuxda fərdi yaşayış evində kişi meyiti tapılıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1966-cı il təvəllüdlü R.Babayevin meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir