Şamaxıda maşın ana və qızını vurub

Şamaxıda magistral yolun şəhər ərazisindən keçən hissəsində yol qəzası olub.

 

Azinformasiya.az  xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadalar 46 yaşlı Kəmalə Rəfiyeva və onun qızı, 18 yaşlı Leyla Rəfizadəni vurub.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir