Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Ətayi uzun sürən xəstəlikdən sonra avqust ayının 4-də vəfat edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd edək ki, alim 70-dan çox elmi əsərin və 100-ə yaxın elmi-kütləvi məqalələrin, o cümlədən “Günəş sistemi planetləri” adlı monoqrafiyanın, “Nəsirəddin Tusi – yaşadığı dövr və milli mənsubiyyəti” və bir sıra digər kitabların müəllifidir. O, həmçinin məktəblər üçün hazırlanmış “Astronomiya” dərsliyinin müəlliflərindən biri olub.
Elmi-tədqiqatlarla yanaşı 1984-2000-ci illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş astronom alim, uzun müddət “Planetlər və kiçik səma cisimləri” şöbəsinə rəhbərlik etmiş, 2005-2011-ci illərdə AMEA-nın 2 fəxri fərmanı ilə təltif edilib.
Azinformasiya.az