Salyanda təmir sexində avtomobil yanıb

Salyan rayonunun Xələc kəndində yanğın olub.

 

Azinformasiya.az  FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 54 m² sahədə, içərisində təmirə dayanan “Ford” markalı yük avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir