Salyanda yol qəzası olub, ölən və yaralananlar var.
Azinformasiya.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayon ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı avtomobilin iki maşınla toqquşması nəticəsində Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayev hadisə yerində ölüb.
1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az