Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.
Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Səmədov Bəhruz Ələsgər oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.
Xəsarət alan velisopedçi xəstəxanaya yerləşdirilsə də orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az